Tarix
"Günay Bank" Açıq Tipli Səhmdar Cəmiyyəti 1992-ci ilin aprel ayının 30-da Respublika Milli Bankı tərəfindən qeydə əlınmışdır və hal-hazırda bütün mövcud bank əməliyatlarını və xidmətlərini fiziki və hüquqi şəxslərə təqdim edir. Dünyanın aparıcı banklarla müxbir əlaqələri quraraq, "Günay Bank" Beynəlxalq Bank Sisteminə qovuşmuşdur.
30.04.92 - Bank əməliyyatlarının aparılması üçün Milli Bankdan 48 saylı lisenziya verilmişdir;
24.07.92 - Beynəlxalq kredit hesablaşma və valyuta əməliyyatlarının aparılmasına Milli Bankdan 9 saylı lisenziya verilmişdir
;
04.09.92- Bank Türkiyənin Anadolu Sığorta şirketi ilə birlikdə təsis etdiyi "Günay Anadolu" Birgə Sığorta Şirkəti Maliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir
;
23.11.92- Milli Bankda yenidən qeydiyyatdan keçirilərək 23 nömrə ilə bankların qeydiyyatı kitabına salınmışdır
;
02.04.93 - "Günay" BSB ümumi yığıncağında "Günay" qəzetinin təsis edilməsi haqqında qərar qəbul edilmişdir
;
23.09.93- Bank Maliyyə Nazirliyində Səhmdar Cəmiyyətləri Vahid Dövlət reyesterinə salınmışdır
;
29.10.93 - Daimi yaşayış yerlərini tərk etmiş qaçqınlara 100.000.000 rubl məbləğində birdəfəlik və 100 qaçqın ailəsinə ayda 50000 rubl məbləğində yardım edilməsi haqqında Bank Şurasının qərarı
;
25.07.94- Şəki şəhərində bankın filialın açılması barədə qərar qəbul edilmişdir
;
21.09.94 - "Günay" İMS təsis edilməsi haqqında qərar qəbul edilib
;
01.09.96 - Bank Rəsul-Rza 4/6 ünvanında yerləşən ofisinə köçmüşdür
;
07.10.98 - "Günay" PİK yaradılması haqqında qərar qəbul edilib
;
22.01.99 - Bankın Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilmişdir
;
02.04.99 - Ədliyyə Nazirliyində xarici kapitalın iştirak etdiyi ATSC kimi yenidən qeydiyyatdan keçmişdir
;
25.07.00 -"Günay-Lizinq" MMM yaradılması haqqında qərar qəbul edilib
;
24.06.02 - Bankın 8-ci buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
22.08.02 - Bankın lisenziyasına aşağıdaki bəndlər əlavə edilib: "Local plastik kartların emissiyası", "Banka məxsus olan lokal kartlar üzrə ekvayrinq əməliyyatları."
;
03.03.03 - Bankın lisenziyasına "Bank qarantiyası vermək" bəndi əlavə edilib
;
13.05.03 - Bankın 9-cu buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
18.05.04 - Bankın 10-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
20.10.04 - Bankın 11-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
01.02.05 - Bank MİGOM onlayn ödəniş sisteminə qoşulmuşdur
;
17.07.05 - Bankın 12-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
24.05.06 - Bankın 13-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
05.02.07 - Bank Zərgərpalan küç., 5/4,87 ünvanında yerləşən binaya köçmüşdür
;
10.03.07 - Bankda AZERCELL, BAKCELL və AZERFON mobil telefon operatorlarının
ödəniş məntəqəsi açılmışdır
;
03.07.07 - Bankın 14-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir
;
01.02.08 - Bank WESTERN UNION onlayn ödəniş sisteminə qoşulmuşdur
;
01.08.09 - INTERNET BANKING onlayn ödəniş sistemini fəaliyyəta başlamişdir
; |