• western_uniion_sl
  • zolotaya_korona_sl

Xəbərlər

Bankın Nizamnamə kapitalı 64,910,093.00 manata çatdırıldı....

07.07.2014 -ci il tarixdə bankın elan etdiyi son emissiya prospekti Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ 1002000169 sayla 04.09.2014-cü ildə qeydiyyatdan keçmişdir. Buraxılan 10450 səhmdən 9160 ədədi 2014-cü ildə satılmış və bankın faktiki satılmış səhmlərinin ümumi sayı 13571 ədədi çatmışdır. Bununla da bankın faktiki ödənilmiş nizamnamə kapitalının həcmi 64.910.093 manata çatdırılmışdır.

Beləliklə Azərbaycan Respublikası Mərkəzi Bankın 01.01.2015-ci il tarixinə Azərbaycan Respublikasında fəaliyyət qöstərən bankların minimum kapitalına 50 mln. manat məbləğində olan tələbi tam qarşılandı və hətta 15 mln. manat məbıəğində üstələndı.

Azərbaycan Respublikası Mərkəzi Bankın 28.11.2014 tarixli 06-04122-2014 saylı məktubu ilə "Günay Bank" ASC-nin Nizamnaməsində Nizamnamə kapitalın 64,910,093.00 manat olması haqqında dəyişiklik edilməsinə icazə verildi.

          Bankın son emissiyası səhmlərindən satılmamış 1290 ədəd səhmi qalmışdır. Bankın səhmlərini əldə etmək istəyən vətəndaşlar bankın yerləşdiyi Bakı şəhəri Zərgərpalan küçəsi 5 saylı ünvanda yerləşən ofisinə müraciət edə bilərlər.
Bir səhmin nominal qiyməti 4783 manatdır.
 

az | en

Mübadilə məzənnələri, AZN

AlışSatışAMB
16.0116.01
USD1.76001.87001.7867• Stable. Previous value was
EUR1.86002.01001.8959↓ Decreased. Previous value was
RUR0.02800.03200.0300↓ Decreased. Previous value was

Tam siyahı

Internet-Banking
banner_muracietler