• western_uniion_sl
  • zolotaya_korona_sl

Ümumi məlumat

1992-ci ilin aprel ayının 30-da “Günay” Səhmdar kommersiya Bankına Bank əməliyyatlarının aparılması barədə 48 saylı Lisenziya verilmişdir.
“Günay” SKB səhmdarların 20 oktyabr 1992-ci il tarixlı 5 saylı Protokolun qərarı ilə Bankın səhmdarları arasında dəyişiklik aparılır və yenidən Milli Bankda qeydiyyatdan keçmək məqsədi ilə 30.10.1992-ci il tarixdə MB-a müraciət olunur.
23 Noyabr 1992-ci il tarixdə “Günay” SKB Milli Bankda bankların qeydiyyat kitabında 23 Nömrə ilə qeydiyyata alınmışdır. 1993-cü ilin 15 yanvar tarixində Banka xarici valyutada əməliyyatların aparılması üçün 5 saylı Lisenziya verilmişdir. Bundan başqa Bank 23 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Səhmdar cəmiyyətlərin və məhdud məsuliyyətli cəmiyyətlərin Vahid reyestrinə 114-cü nömrə ilə daxil edilmişdir.
Hal-hazırda Bank Azərbaycan Respublikası Milli Bankı tərəfindən 23 noyabr 1992-cı il tarixdə verilmiş 23 saylı ümumi bank və 15 yanvar 1993-cı il tarixdə verilmiş 5 saylı хarici valyuta əməliyyatlarının aparılması üçün birləşmiş vahid lisenziya əsasında fəaliyyət göstərir. Bu Lisenziya 22.08.2002-ci il tarixdə elektron ödəniş vasitələri ilə (Lokal plastik kartlarla) əməliyyatların aparılması üzrə icazə, 03.03.2003-ci il tarixdə isə “Bank Qarantiyası” vermək icazələri əlavə olunmuşdur.

«Günay Bank» ATSC adını dəyişdirilməsi ilə əlaqədər 08.06.1999-cu ilin Lisenziyası əvəzinə Mərkəzi Bank tərəfindən 22.02.2010-cu il tarixdə yeni Lisenziya verilmişdir.

Bank 2002-ci ildən etibarən beynəlxalq banklararası, elektron maliyyə hesablaşmalarını həyata keçirən “SWIFT” beynəlxalq cəmiyyəti ilə əməkdaşlıq edir. Bank köçürmələrin bir hissəsi bu sistem vasitəsi ilə həyata keçirilir. Bankda ölkədaxili hesablaşmalar əsasən XÖHKS və AZİPS sistemləri ilə aparılır.
Bank Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Sənaye-Ticarət Palatasının üzvüdür.
“Günay Bank” ASC Avropa, MDB, Amerika və s. iri bankların daxil olduğu geniş müxbir şəbəkəyə malikdir.

Bank əhalidən əmanətlər alır və kreditlər verir, ödənişləri köçürür, valyuta mübadiləsini aparır və kommersiya və pərakəndə müştərilərinə digər bank xidmətlərini göstərir.
Bankın Bakı şəhəri, Nəsimi rayonu,Tbilisi prospekti 1058-ci məhəllə 2 nömrəli bina ünvanında yerləşən "1 saylı" - 1(bir) filialı var.Tel:+(994)1253083-56/57

Bankın baş ofisinin hüquqi və faktiki ünvanı : Azərbaycan Respublikası, Bakı şəhəri, Zərgərpalan küç. 5, mənzil 4/87.
Bank və onun filiallında çalışan işçilərin ümumi sayı 39 nəfərdir. Bankın rəhbər işçiləri və mütəxəssisləri Qabaqçıl beynəlxalq kurslarda və daxili bank təcrübələrini təkmilləşdirmək məqsədi ilə müxtəlif kurslarda və seminarlarda iştirak edirlər.
31 dekabr 2010-cu il tarixə “Günay Bank” Açıq Səhmdar Cəmiyyətində bank hesablarına malik hüquqi şəxslərin sayı 287, fiziki şəxslərin sayı isə 2292-dur.
Bankın əsas biznes fəaliyyəti lisenziyası əsasında hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərmək, hüquqi şəxslərdən müddətli və müddətsiz depozitlər cəlb etmək, müştərilərə kreditlər və zəmanətlər vermək, qiymətli kağızların və xarici valyutanın alqı-satqısını həyata keçirmək və banklar üçün qanunvericiliklə müəyyən edilmiş sair kommersiya fəaliyyəti göstərməkdən ibarətdir.

az | en

Mübadilə məzənnələri, AZN

AlışSatışAMB
16.0116.01
USD1.76001.87001.7867• Stable. Previous value was
EUR1.86002.01001.8959↓ Decreased. Previous value was
RUR0.02800.03200.0300↓ Decreased. Previous value was

Tam siyahı

Internet-Banking
banner_muracietler