• western_uniion_sl
  • zolotaya_korona_sl

Hesablaşma-kassa xidməti

Hüquqi şəxslər rezident və qeyri-rezidentlər üçün manat və valyuta hesabları açır.
Müştərilərin hesablarına daxil olan vəsaitlər həmin gün hesaba keçirilir və müştəri ondan həmin gün istifadə etmək imkanını qazanır. Müştərilərin tapşırığı ilə respublika daxilində başqa hesablara köçürmələr həmin gün həyata keçirilir.
İdxal müqavilələri üzrə hesablaşmalar aparmaq üçün müştərinin tapşırığı ilə hesabındaki vəsait bir iş günü ərzində konvertasiya edilərək müştərilərinin valyuta hesabına köçürülir və dünyanın bütün ölkələrindəki istənilən banka 24 saat ərzində göndərilir. Xaricdən müştərilərin hesabına daxil olan valyuta vəsaitləri müştərilərin tapşırığı ilə bir iş günü ərzində müştərinin hesabına köçürülür.
Akkreditiv əməliyyatları beynəlxalq standartlara uyğun olaraq aparılır.
Bank tərəfindən açılan akkreditivlərin dünyanın nüfuzlu bankları (EUROTRUSTBANK Moskow , Commerzbank A.G., Turkiye İş Bankası) tərəfindən təsdiqi sayəsində bütün dünya bankları tərəfindən qəbul olunur.
Müştərilərin hesabındaki manat və valyuta vəsaitləri müştərilərin tələbi ilə istənilən məbləğdə həmin gün ödənilir.
Bank respublikada ilk dəfə olaraq yeni xidmət növü - nəğd pulun yerlərdə verilməsini həyata keçirir.

Hesab açılma qaydalar:

Cari hesabın açılması üçün dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər və fərdi sahibkarlardan aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:
- ərizə (Əlavə № 1); http://www.gunaybank.com/static,36/lang,az
- dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının icazə məktubu;
- bələdiyyənin, hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. Müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanı nizamnamənin (əsasnamənin) müvafiq aktla təsdiq olunduğunu subut edən sənədi təqdim edir;
- dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti (bələdiyyələr və hüquqi şəxslər üçün).
- fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);
- müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli.
- imza və möhür nümunələri vərəqəsi.

az | en

Mübadilə məzənnələri, AZN

AlışSatışAMB
16.0116.01
USD1.76001.87001.7867• Stable. Previous value was
EUR1.86002.01001.8959↓ Decreased. Previous value was
RUR0.02800.03200.0300↓ Decreased. Previous value was

Tam siyahı

Internet-Banking
banner_muracietler