• Westen Union slider
  • Migom slider
  • Caspian_Money_Transfer_Slider

Kreditlər

Bank müştərilər tərəfindən təqdim edilmiş biznes-planlar əsasında, istehlak malları almaq üçün və sairə kreditlər verir. Bank öz müştərilərinə iqtisadi məsələlər üzrə məsləhətlər verilməsini təmin edir.

Kredit layihələrinin seçilməsi müəyyən meyarlar sistemi əsasında aparılır. İlk növbədə layihənin rentabelliyini səçiyyələndirən maliyyə göstəriciləri, layihənin xərcini çıxarma müddəti və riskin dərəcəsi hesablanır. Bütün bu göstəricilər hesablanarkən zaman amili və inflyasiya nəzərə alınır. İlkin seçim mərhələsindən keçmiş bütün layihələr aşağıdaki meyarlar əsasında qiymətləndirilir:

layihənin qanunveriliciyinə uyğunluğu ;
layihənin ictimai əhəmiyyəti;
bankın imicinə təsiri;
bankın maliyyə imkanlarına uyğunluğu;
yaradılan məhsulun bazar potensialı;
layihənin ekoloji və təhlükəsizlik tələblərinə uyğunluğu;
elmi-texniki meyarlar ;
istehsal meyarları.

Bank layihəyə baxilmaq üçün onu qəbul edərkən layihənin sirrinin yayılmaması üçün məsuliyyəti öz üzərinə götürür və zəmanət verir ki , həmin layihədən bankın öz məqsədləri üçün istifadə edilməyəcəkdir.

Azərbaycan Mərkəzi Bankının AZN məzənnəsi

21.02.2012

1 USD0.7863 AZN↑ Increased. Previous value was 0.7861
1 EUR1.0387 AZN↑ Increased. Previous value was 1.0351
1 RUR0.0262 AZN• Stable. Previous value was 0.0262

Tam siyahı

Internet-Banking