• Westen Union slider
  • Migom slider
  • Caspian_Money_Transfer_Slider

Akkreditiv və zəmanətlər

“Günay Bank” ASC xarici banklar tərəfindən açılmış kredit xətlərinin hesabına müştərilərə ticarət əməliyyatlarının maliyyələşdirilməsini təqdim edir. Belə ki xarici maliyyə mənbələrinin istifadəsi müştərilərə daha cəlbedici bank xidmətləri təklif etməyə imkan verir və bu da biznesin daha uğurlu və səmərəli aparılmasına kömək edir.
Bu xidmətlərdən istifadə etdikdə, mal alana əvvəlcədən pul vəsaiti ayırmağa və ya mal satanın hesabına avans köçürmək ehtiyac yoxdur. Bunun əvəzində mal alana xidmət göstərən bankın (“emitent bank”) buraxdığı akkreditiv və ya zəmanətin əsasında mal satan malı göndərir və müvafiq sənədləri öz bankına (“bank-benefisiar”) təqdim edir. Bu bank ödəniş edir və sənədləri emitent banka göndərir. Emitent-bank sənədləri aldıqdan sonra bank-benefisiarla hesablaşır və malı alandan ödənilmiş məbləği alır. Nəticədə həm mal satan, həm də malı alan qazanır.
“Günay Bank” ASC korporativ müştərilərə xarici ticarət üzrə aşağıdakı sənədli əməliyyatları təklif edir:
• sənədli akkreditiv
• beynəlxalq bank zəmanətləri
• rezerv (stand-by) akkreditivlər
• sənədli inkasso

Hüquqi Şəxslər/Sənədlərin nümunələri Ərizə formu (onlayn aktive pdf link)

Azərbaycan Mərkəzi Bankının AZN məzənnəsi

21.02.2012

1 USD0.7863 AZN↑ Increased. Previous value was 0.7861
1 EUR1.0387 AZN↑ Increased. Previous value was 1.0351
1 RUR0.0262 AZN• Stable. Previous value was 0.0262

Tam siyahı

Internet-Banking