İçindəki
Tarix
"Günay Bank" Açıq Tipli Səhmdar Cəmiyyəti 1992-ci ilin aprel ayının 30-da Respublika Milli Bankı tərəfindən qeydə əlınmışdır və hal-hazırda bütün mövcud bank əməliyatlarını və xidmətlərini fiziki və hüquqi şəxslərə təqdim edir. Dünyanın aparıcı banklarla müxbir əlaqələri quraraq, "Günay Bank" Beynəlxalq Bank Sisteminə qovuşmuşdur.
30.04.92 - Bank əməliyyatlarının aparılması üçün Milli Bankdan 48 saylı lisenziya verilmişdir;
24.07.92 - Beynəlxalq kredit hesablaşma və valyuta əməliyyatlarının aparılmasına Milli Bankdan 9 saylı lisenziya verilmişdir ;
04.09.92- Bank Türkiyənin Anadolu Sığorta şirketi ilə birlikdə təsis etdiyi "Günay Anadolu" Birgə Sığorta Şirkəti Maliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir ;
23.11.92- Milli Bankda yenidən qeydiyyatdan keçirilərək 23 nömrə ilə bankların qeydiyyatı kitabına salınmışdır ;
02.04.93 - "Günay" BSB ümumi yığıncağında "Günay" qəzetinin təsis edilməsi haqqında qərar qəbul edilmişdir ;
23.09.93- Bank Maliyyə Nazirliyində Səhmdar Cəmiyyətləri Vahid Dövlət reyesterinə salınmışdır ;
29.10.93 - Daimi yaşayış yerlərini tərk etmiş məcburi köçkünlərə 100.000.000 rubl məbləğində birdəfəlik və 100 məcburi köçkün ailəsinə ayda 50000 rubl məbləğində yardım edilməsi haqqında Bank Şurasının qərarı ;
25.07.94- Şəki şəhərində bankın filialın açılması barədə qərar qəbul edilmişdir ;
21.09.94 - "Günay" İMS təsis edilməsi haqqında qərar qəbul edilib ;
01.09.96 - Bank Rəsul-Rza 4/6 ünvanında yerləşən ofisinə köçmüşdür ;
07.10.98 - "Günay" PİK yaradılması haqqında qərar qəbul edilib ;
22.01.99 - Bankın Açıq Tipli Səhmdar Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilmişdir ;
02.04.99 - Ədliyyə Nazirliyində xarici kapitalın iştirak etdiyi ATSC kimi yenidən qeydiyyatdan keçmişdir ;
25.07.00 -"Günay-Lizinq" MMM yaradılması haqqında qərar qəbul edilib ;
24.06.02 - Bankın 8-ci buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
22.08.02 - Bankın lisenziyasına aşağıdaki bəndlər əlavə edilib: "Local plastik kartların emissiyası", "Banka məxsus olan lokal kartlar üzrə ekvayrinq əməliyyatları." ;
03.03.03 - Bankın lisenziyasına "Bank qarantiyası vermək" bəndi əlavə edilib ;
13.05.03 - Bankın 9-cu buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
18.05.04 - Bankın 10-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
20.10.04 - Bankın 11-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
01.02.05 - Bank MİGOM onlayn ödəniş sisteminə qoşulmuşdur ;
17.07.05 - Bankın 12-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
24.05.06 - Bankın 13-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
05.02.07 - Bank Zərgərpalan küç., 5/4,87 ünvanında yerləşən binaya köçmüşdür ;
10.03.07 - Bankda AZERCELL, BAKCELL və AZERFON mobil telefon operatorlarının ödəniş məntəqəsi açılmışdır ;
03.07.07 - Bankın 14-cü buraxılış səhmlərinin emissiyası QKDK-də qeydiyyatdan keçmişdir ;
01.02.08 - Bank WESTERN UNION onlayn ödəniş sisteminə qoşulmuşdur ;
01.08.09 - INTERNET BANKING onlayn ödəniş sistemini fəaliyyəta başlamişdir ;
14.11.09 - Bank Vergilər Nazirliyində yenidən qeydiyyata alınacaq adı «Günay Bank» Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır;
Dil seçimi
Sayt üzrə axtarış
Azərbaycan Mərkəzi Bankının AZN məzənnəsi
03.02.2012
| 1 USD | 0.7863 AZN | ![]() |
| 1 EUR | 1.0325 AZN | ![]() |
| 1 RUR | 0.026 AZN | ![]() |




